Şirkətimiz 2019-cu ildə GRAND SYSTEMS brendi ilə kompüter bazarında fəaliyyətə başlamışdır. Bizim ixtisaslaşma korporativ və pərakəndə müştərilər üçün kompüterlər, ofis avadanlığı, komponentlər, eləcə də müxtəlif elektronika məhsullarının ticarətidir.
Xidmətin keyfiyyətini artırmaq üçün biz Grandplus onlayn mağazasını (www.grandplus.az) yaratdıq. Bu resurs, onun bütün müəllif hüquqları və qanuni hüquqları GRAND SYSTEMS-ə məxsusdur.
Grandplus internet mağazasının əsas missiyası sizə bəyəndiyiniz məhsulu seçmək, rahatlıqla ödəniş etmək və tez bir zamanda əldə etmək imkanını təmin etməkdir.
Biz sifariş və çatdırılma prosesini istifadəçi üçün mümkün qədər rahat etdik. Buna görə də bir çox ödəniş üsulları əlavə olunmuş və çevik çatdırılma sistemi tətbiq edilmişdir.
Ödəmə üsulları
Bizdən məhsul aldığınız zaman müxtəlif yollarla ödəniş edə biləcəksiniz:
- nəğd olaraq;
- POS terminal vasitəsilə bank kartı ilə
- nağdsız ödəniş (hüquqi şəxslər üçün);
- Birkart sistemindən istifadə etməklə taksit planı seçməklə.
Biz çalışırıq ki, siz yalnız yüksək keyfiyyətli məhsullar alasınız.
Grandplus.az saytından aldığınız bütün məhsulların lazımi sənədləri və zəmanəti var. Biz yalnız dünyanın aparıcı şirkətlərinin rəsmi nümayəndələri ilə işləyirik.
Mağazamız bazar ertəsindən cümə gününə qədər saat 10.00-dan 18.00-a qədər açıqdır, şənbə və bazar istirahət günləridir.
Alıcının göstərdiyi ünvana yalnız Bakı şəhəri daxili kuryer çatdırılması var. Onlayn sifariş: bütün gün ərzində. Sifarişin təfərrüatlarını dəqiqləşdirmək üçün menecer iş saatları ərzində sizinə əlaqə saxlayacaq.
Sizi müştərilərimiz arasında görməyə şad olarıq!